Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin deputatı Elçin Mirzəbəyli televiziyaların bəzilərində Azərbaycan dilinin “zizbillənməsi” hallarına etiraz edib.
Musavat.com xəbər verir ki, sosial şəbəkə səhifəsində Elçin Mirzəbəyli fikirlərini konkret nümunə göstərməkə ifadə eləyib:
“Telekanallardan birində aparıcı məlum “uçan taksi” qəzasından danışır və bir neçə dəfə “şans eseri” sözünü təkrarlayır... Qeyd edim ki, “şans” fransızca “qarşılaşma”, “tale” anlamı verən “chance” sözündən götürülüb. “Eseri” isə ərəbcə “asar”, “aşar” (ayaq izi, iz) sözünün Nişanyan tərəfindən təhrif olunmuş və çağdaş türkcəyə pərçimlənmiş “nümunə”sidir. Əgər kimlərsə, yenə də ərəbcədən gəlmə “təsadüfən” sözündən istifadə etmək istəmirsə, o zaman dilimizdə “gözlənilmədən” sözü var, yararlana bilər. Amma Nişanyanın fransız və ərəb sözlərinin calağından ərsəyə gətirdiyi “şans eseri” kimi qondarma söz birləşmələrini və digər bu kimi qondarma sözcükləri təkrar-təkrar səsləndirib dilimizə gətirmək lazım deyil”.
Deputat fikirlərini belə bir çağırışla yekunlaşdırıb: “Çiçək kimi ana dilimiz var, zibilləməyin, lütfən”.
Etibar Seyidağa,
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ