İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan 2023-ci il dövlət büdcəsi ilə bağlı AÇIQLAMA: "33 779.5 milyard manata...”

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən plenar iclasında layihə barədə deputatları məlumatlandırıb.

O, bildirib ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında Qanun layihəsi 2023-cü ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, bu zaman cari və ortamüddətli makroiqtisadi və fiskal dayanıqlığa xələl gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyukturası şəraitində artımının davam etdirilməsi hədəfləri gözlənilməklə tərtib olunub:

“Təqdim edilmiş qanun layihəsində 2023-ci il dövlət büdcəsi gərlilərinin 3 005.5 milyon manat artırılaraq 33 779.5 milyard manata, xərclərinin 3 215.5 milyon manat artırılaraq 36 568.8 milyon manata, kəsirin isə 210 milyon manat artırılaraq 2 789.3 milyard manata çatdırılması təklif olunur. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 25,4% olması proqnozlaşdırılıb. Artırılan gəlirlərin 52%-nin qeyri-neft, 48%-nin isə neft gəlirləri hesabına formalaşacaq. Dövlət Vergi Xidməti xətti ilə yığılan vergilərin 1.530 milyon manat, Dövlət Gömtük Komitəsi xətti ilə daxilolmaların isə 924.7 milyon manat artırılması təklif olunur. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 457.7 milyon manat arıtılması nəzərdə tutulub. Təsdiq olunmuş dövlət büdcəsində mövcud olan xərclər arasında aparılması planlaşdırılan yerdəyişmələrin həcmi 1 122.9 milyon manat təşkil edəcək”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR