İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat zorlama və uşaq istismarı ilə bağlı şübhələrə görə saxlanıldı - SKANDAL

Böyük Britaniyada hakim Leyborist Partiyasının millət vəkili Dan Norris ciddi ittihamlarla üzləşib. Şimali Şərqi Somerset və Hanham bölgəsini təmsil edən deputat, zorlamada və uşaqlara qarşı cinsi cinayətlərdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı 5 aprel 2025-ci il tarixində İngiltərə mediasında yayılan məlumatlarda qeyd olunur ki, Norris ilkin olaraq həbs olunub, daha sonra isə zaminə buraxılıb. Polisin açıqlamasına əsasən, şübhəli bilinən cinayətlərin əksəriyyəti 2000-ci illərdə baş verib.

Musavat.com bildirir ki, Leyborist Partiyası bu qalmaqallı olayla bağlı dərhal açıqlama yayıb. Partiyanın bəyanatında Dan Norris-in partiya üzvlüyündən və fəaliyyətindən dərhal uzaqlaşdırıldığı bildirilib.

Məsələ ölkədə geniş ictimai rezonans doğurub. Parlamentin daxili etika qaydalarına uyğun olaraq araşdırmalar davam edir və istintaq yekunlaşana qədər Norris vəzifələrindən kənarda saxlanacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR