İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat korrupsiyadan danışdı: "Özlərini demokratiyanın beşiyi adlandıran Avropa ölkələri..."

"Özlərini demokratiyanın beşiyi adlandıran Avropa ölkələrində korrupsiya artıq ciddi kök salıb".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Avropa Parlamentində korrupsiya hallarının qeydə alınması və sədr müavininin həbs olunması onu göstərir ki, orada ən yüksək səviyyələrdə də korrupsiya halı geniş vüsət alıb:

"Avropa Parlamenti çox vaxt bir sıra məsələlərdə digər ölkələri ittiham etməklə məşğul olub. Görünür ki, bu ittihamların arxasında korrupsiya və neqativ hallar dayandığından ittiham həyata keçirirdilər. Çünki istədikləri vaxt heç bir əsas olmadan istənilən ölkəyə qarşı qarayaxma kampaniyası apararaq müxtəlif istiqamətlərdə hər hansı bir ölkəni əsassız ittiham edirdilər. Əlbəttə ki, özlərini insan hüquqlarının qoruyucusu, korrupsiyaya qarşı mübarizə aparan şəffaflıq adası kimi təqdim etməyə çalışan bu qüvvələrin burada çox böyük maxinasiyalar sistemi formalaşıb. Bu bir daha onu göstərir ki, Avropa Parlamentində belə hallar artıq uzun müddətdir mövcuddur".

Deputat bildirib ki, Avropa Parlamenti hər zaman digər ölkələri hüquq pozuntusu və korrupsiya halları ilə bağlı əsassız ittiham etməklə məşğul olub:

"Biz Fransanın özündə çox böyük korrupsiya maxinasiyalarının mövcud olduğunu da zaman-zaman görmüşük. Ümumilikdə isə özlərini demokratiyanın beşiyi adlandıran bu ölkələrdə korrupsiya artıq ciddi kök salıb və artıq özünün “çiçəklənmə dövrünü” yaşayır".

Qeyd edək ki, Avropa Parlamentinin sədr müavini Eva Kayli Belçikanın paytaxtı Brüsseldə cari dünya çempionatı ilə əlaqəli korrupsiya işi ilə bağlı saxlanılıb.

Daha öncə isə Belçika prokurorluğu polisin böyük xüsusi əməliyyat keçirməsi, əməliyyat zamanı keçmiş Avropa Parlamentinin deputatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti də daxil olmaqla 4 nəfərin saxlanıldığı barədə məlumat yayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR