İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Ermənistan ermənilərin yaşadığı əraziyə çevrilir”

“Ermənistan dövləti ermənilərin yaşadığı, hamının göz dikdiyi əraziyə çevrilir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanda “Alternativ layihələr qrupu”nun eksperti Vahe Ovannisyan yazıb.

“Düşmən (Azərbaycan) milli ləyaqətimizi daim təhdid edir və alçaldır. Xalq olaraq geniş şəkildə ruhdan düşmə prosesi gedir. Biz xalq olaraq “qara qu quşu” intizarında yaşayırıq: sabah nə olacağını bilmirik, çünki dövlətimiz proseslərin ipini itirib. Hökumət hər şeyə birtərəfli qaydada qərar verən və yalnız özünün uyğun gördüyünü edən bir şəxsdən ibarətdir. Heç bir mühafizə mexanizmi yoxdur. O, özünə tarixi eksperimentlər aparmaq hüququ verib. Bütün dövlət sistemi bir nəfərin xidmət sisteminə çevrilib. Müxalifətin indiki formaları açıq-aşkar tükənib və lazımi sosial konsolidasiyanı təmin edə bilmir, lakin eyni zamanda transformasiyaya böyük müqavimət var”, - deyə Ovannisyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR