İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Bunu ödənişli edənlər cəzalarını almalıdır” 

Milli Məclisin iclasında “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər müzakirə edilib.

Musavat.com-un xəbərinə görə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihə barədə məlumat verərək vətəndaşları narahat edən bir məsələdən bəhs edib.

Komitə sədri “Forma-88” göndərişinin ödənişli olması məsələsindən danışarkən bildirib ki, göndəriş ödənişsizdir. Musa Quliyev bununla bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını deyərək bildirib ki, fasilə zamanı TƏBİB-in rəhbərliyi ilə də əlaqə saxlayıb: “Onlar da “forma-88” arayışına görə ödənişin olmadığını bildirdilər. Belə bir qanunvericilik tələbi yoxdur. “Forma-88” göndərişini ödənişli edənlər qanunu pozurlar və cəzalarını almalıdırlar”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR