İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəniz quldurları yük gəmisini qaçırdı - 15 ekipaj üzvü...

Somali sahillərində dəniz quldurları Liberiya bayrağı altında üzən "MV Lila Norfolk" yük gəmisini qaçırıblar.

Musavat.com xəbər verir ki, bu barədə Hindistanın "ANI" agentliyi məlumat yayıb.

Gəminin göyərtəsində 15 nəfərdən ibarət hindistanlı ekipajın olduğu bildirilir.

"Gəmi Hindistan Hərbi Dəniz Qüvvələrinin təyyarələri tərəfindən izlənilir, ekipajla əlaqə qurulub", - məlumatda deyilir.

Qeyd olunub ki, Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus "INS Chennai" hərbi gəmisi qaçırılan gəmiyə doğru hərəkət edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR