İnsanlara hürriyət, millətlərə istiqlal!

“Demokratı müdafiə edim, ya mənə yardım edən, arxamda duran Ərdoğanı?” – Tahir Kərimli üsyan etdi - VİDEO

“Mənim ideoloji baxışlarımla Ərdoğanın baxışları uyğun gəlmir. Məndən olsa, Ərdoğanı bəyənmərəm”.

Musavat.com xəbər verir ki, bu gün bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə TV Müsavatın “Dərin Təhlil” verilişində deputat Tahir Kərimli bildirib: “Özüm demokrat adamam. Çalışıram ki, qanunu pozmayım, harama əlim dəyməsin. Ömür boyu mənə pislik etsələr də, pislik etmək əlimdən gəlməz. Ərdoğana gəlincə, özümün baxışlarıma görə, Ərdoğanın 44 günlük müharibədə, ondan sonra dəyən xeyrindən imtina edim? Orda özünü demokrat sayanlar deyirlər ki, “hakimiyyətə biz gəlməliyik, Ərdoğan deyil, Azərbaycan da öz işi ilə məşğul olsun”.  İndi mən nə edim? Demokratı müdafiə edim, ya mənə yardım edən, arxamda duran Ərdoğanı? Biz Xətaidən, Nadirdən, Qacardan danışırıq. Onlar demokrat olublar? Mənə vətənim lazımdır. O vaxt mən Milli Məclisdə dedim ki, cənab prezident, qılıncı götür, Qordi düyününü kəsən kimi Qarabağ problemini kəs, xalq arxanda dayanacaq. Düzdü, məni başa düşmədilər. Amma mənim üçün vətənim lazımdır. Mənim də başım kəsilsin, amma vətənim var olsun. O halda seçim olur ki, vətəndə sabitlik məsələləri ortaya gəlir. Demokratik yolla Qarabağ məsələsini həll etmək olmaz”.

T.Kərimli bildirdi ki, çoxları “gedək Xankədinə, oturaq orda” desələr də, Xankəndinə girsəydik, bizi Ukraynanın gününə qoyacaqdılar: “Səbr edək, səbrlə addım-addım məsələlər həll olur. Yaşlı adamlar görməyəcəyik. Mən bütün nəslimin adına iddia edirəm ki, mənim gələcək nəslim bütövləşmiş Azərbaycanı görəcəklər”.

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR