İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəməşq hava limanında beynəlxalq uçuşlara icazə veriləcək

Dəməşq hava limanı yanvarın 7-dən beynəlxalq uçuşlar həyata keçirməyə başlayacaq.

Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Mülki Aviasiya İdarəsinin rəhbəri Əhməd Əl-Salibi bildirib.

Ötən ayın sonu bildirilmişdi ki, Dəməşq Beynəlxalq Hava Limanı yalnız mülki aviasiyaya cavabdeh olan dövlət orqanının xüsusi icazəsi əsasında təyyarələrin qəbulu və göndərilməsi üzrə fəaliyyətini davam etdirir.

Xatırladaq ki, dekabrın 8-də Suriya müxalifətinin silahlı dəstələri ölkənin paytaxtına nəzarəti ələ keçirib. Həmin gün Suriyada hava limanları müvəqqəti bağlanıb. Dekabrın 13-də ölkənin iki əsas hava limanı Dəməşq və Hələb yalnız xüsusi icazə ilə xarici təyyarələrin qəbulunu və göndərilməsini bərpa edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR