Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqda telefon fırıldaqçıları 72 yaşlı professor Konstantin Korotkovu aldadaraq 270 min rublunu mənimsəyiblər.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Faktla bağlı külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
Korotkov polislə əlaqə saxlayıb və bildirib ki, ona özünü dövlət xidmətinin işçisi kimi təqdim edən şəxslər zəng ediblər. Onlar professora xəbərdarlıq ediblər ki, onun kartından pul oğurlamaq istəyirlər. Sonra kələkbazlar ona Teleqramda link göndərərək Korotkovun ona əməl etməli olduğunu bildiriblər. Professor linki açdıqdan sonra fırıldaqçılar onun pulunu kartdan çıxarıblar.
Korotkov elmi-tədqiqat institutlarından birinin elmi işçisi, 18 patenti və elmi məqaləsi olan məşhur alimdir. O, insan şüurunun sərhədlərini, “enerji sahələrini” və düşüncə gücü ilə insanlara təsir etmək qabiliyyətini öyrənir.
Beləliklə, aydın olur ki, fırıldaqçıların “düşüncə gücü ilə insanlara təsir etmək qabiliyyəti” daha effektiv imiş.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ