Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ABŞ-ın Nyu-York şəhərində helikopter Hudson çayına düşüb və vertolyotda olan altı nəfərin hamısı həyatını itirib.
Musavat.com xəbər verir ki, həlak olanların məşhur Siemens şirkətinin İspaniya və Cənub-Qərbi Avropa bölməsinin baş direktoru Aqustin Eskobar və ailəsi - həyat yoldaşı Merce Camprubi Montal, 4, 5 və 11 yaşlı üç uşağı olduğu ortaya çıxıb.
Məlumata görə, qəzadan əvvəl vertolyot Azadlıq heykəli yaxınlığında qısa dövrədən sonra Hudson çayı üzərindən Corc Vaşinqton körpüsünə doğru təxminən 1000 fut (300 metr) yüksəklikdə uçub. Məsuliyyət daşıyan “New York Helicopter” adlı yerli turizm şirkətinin sahibi Maykl Rot bildirib ki, pilot eniş üçün yanacaq istəyib, lakin təmin edilməyib.
Qəzanın səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.
Musavat.com qəzada həlak olan iş adamı və ailəsinin fotolarını təqdim edir:
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ