Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Ərzurum şəhərində psixoloji müalicə alan 23 illik coğrafiya müəllimi Zülküf Böçkün qısqanclıq zəminində mübahisə etdiyi həyat yoldaşı Kadriye Böçkünü və qızı Asude Helen Böçkünü bıçaqlayaraq öldürüb.
Musavat.com xəbər verir ki, hadisədən sonra avtomobili ilə şəhər xaricinə qaçmağa çalışan şəxs polislər tərəfindən yaxalanıb.
Hadisə zamanı bacıları çətinliklə də olsa bıçağı Zülküf Böçkünün əlindən alıblar. Lakin kişi yenidən mətbəxə qaçaraq arvadını və qızına başqa bıçaqla vurmağa davam edib. Ana və qızı qan içində yerə yıxılarkən, Zülküf Böçkün qaçıb. Qonşuların xəbəri üzərinə hadisə yerinə çoxlu sayda təcili yardım və polis gəlib. Təcili yardımın müayinəsi zamanı ana Kadriye Böçkünün 16, qızı Asude Helen Böçkünün isə 12 bıçaq zərbəsi ilə öldüyü müəyyən edilib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ