Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Bursa şəhərində 31 yaşlı Müzəffər Gümüş hava almaq üçün çıxdığı eyvanın uçması nəticəsində 7-ci mərtəbədən yıxılaraq ölüb.
Musavat.com xəbər verir ki, dəhşətli hadisənin görüntüləri ortaya çıxıb.
Videoda gəncin eyvan uçduqdan sonra yoldan keçən avtomobilin üstünə düşdüyü anlar əks olunub.
Həmin avtomobil dağıntıları altında qalmaqdan çətinliklə xilas ola bilib.
Eyvanın döşəməsinin çökməsi nəticəsində 7-ci mərtəbədən yıxılan Müzəffər Gümüş ağır yaralanıb. Ətrafdakı insanlar hadisədən dərhal sonra təcili yardıma məlumat veriblər. Xəbər verildikdən sonra hadisə yerinə polis, xilasetmə və təcili yardım göndərilib. Müzəffər Gümüş təcili yardım tərəfindən xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan Müzəffər Gümüş bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ