Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Sevastopol şəhərində küçə ilə gedən çılpaq kişi dayanacaqdakı yaşlı qadınları döyüb.
Tamamilə çılpaq olan kişi yanlarında itlə dayanan iki pensiyaçı qadına yaxınlaşıb və şiddətli zərbələr endirməyə başlayıb.
Qadınlardan biri yıxılıb və kişi onu təpikləməyə davam edib.
Kişi daha sonra avtobus dayanacağındakı digər insanlara yönəldib, lakin onlar müqavimət göstərə biliblər. Zərərçəkənlərdən birinin ayağı sınıb və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Yerli sakinlərin sözlərinə görə, kişi mütəmadi olaraq küçədə çılpaq qaçır və yoldan keçənlərə sataşır. (Oxu.az)
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ