İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT: İsrail məscidi BOMBALADI, komanda mərkəzi MƏHV edildi - CANLI

İsrail Hərbi Hava Qüvvələri Livanın cənub xəstəxanası yaxınlığında məscidin içərisində fəaliyyət göstərən Hizbullah üzvlərinə hücum etdiyini bildirib. İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, Komanda mərkəzi Hizbullah üzvləri tərəfindən İsrail qoşunlarına və İsrail Dövlətinə qarşı terror hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib.

Livanın cənubunda quru əməliyyatlarının keçirildiyi dörd gün ərzində Hizbullah hərəkatının 250 döyüşçüsü öldürülüb. İsrail hərbçiləri Beyrutun cənubunda yerləşən “Burj əl-Barajna” bölgəsinin sakinlərini təcili olaraq təhlükəsiz yerə təxliyə etməyə çağırıb. "Cənub bölgəsinin sakinlərinə, xüsusən də “Burj Əl Barajna” ərazisinin xəritəsində göstərilən binada yaşayanlara yeni təcili xəbərdarlıq. Öz təhlükəsizliyiniz və ailə üzvlərinizin təhlükəsizliyi üçün bu və qonşu binaları dərhal tərk etməli və onlardan ən azı 500 m aralıda olmalısınız.”, – deyə o, “X” hesabında yazıb.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla gündəmi dəyərləndirir.

https://www.facebook.com/tvmusavat



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR