Onlayn ictimai-siyasi qəzet
Kürdəmirdə bələdiyyə sədri məhkəmə binasında vəfat edib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Sahib Cəfərov rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o, yıxılaraq huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Sahib Cəfərov ürəktutmasından dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ