Onlayn ictimai-siyasi qəzet
G7 liderlərinin yekun bəyanatında Ukraynaya dəstək məsələsi ciddi müzakirə predmeti olub.
Musavat.com xəbər verir ki, "Politico" nəşrinin yaydığı məlumata görə, ABŞ hökuməti bəyanata Ukraynaya gələcəkdə göstəriləcək dəstəyin daxil edilməsinə qarşı çıxıb.
Ağ Ev həmçinin, sənəddə Ukraynadakı müharibənin "qanunsuz" adlandırılmasına da etiraz edib.
Mənbənin bildirdiyinə görə, Vaşinqton bu kimi ifadələrin sənəddə yer almasını istəməyib və bəyanatın daha neytral formada hazırlanmasına çalışıb.
Məlum qərar beynəlxalq ictimaiyyət və G7 ölkələri arasında ciddi rezonans doğurub.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ