Onlayn ictimai-siyasi qəzet
İsrail Qəzza zolağında saxlanılan girovların azad olunması ilə bağlı Qətərin paytaxtı Dohada aparılan danışıqlardan nümayəndə heyətini geri çağırmaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu barədə İsrail baş naziri Benyamin Netanyahunun ofisi rəsmi açıqlama yayıb.
Bildirilib ki, danışıqlarda yalnız texniki səviyyəli nümayəndələr Dohada qalacaq.
Rəsmi Təl-Əviv bildirib ki, İsrail girovların geri qaytarılması üçün ABŞ-ın təklif etdiyi və Vitkof planı əsasında hazırlanmış yeni təklifi qəbul edib. Sözügedən plan vasitəçilər yolu ilə HƏMAS-a çatdırılsa da, təşkilat hələ də bu təklifə razılıq vermir.
Qeyd edək ki, Vitkof planında on diri girovun azad olunması və 16 nəfərin cəsədinin qaytarılması müqabilində 45–60 günlük atəşkəsin elan olunması nəzərdə tutulub. Lakin HƏMAS-ın bu təklifi qəbul etməməsi danışıqlar prosesini ciddi şəkildə dalana dirəyib.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ