Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın adı ilə bağlı yaradılmış kriptovalyuta onun və müttəfiqlərinin böyük qazanc əldə etməsinə səbəb olub.
Musavat.com xəbər verir ki, "Newsmax" telekanalının yaydığı məlumata görə, Tramp və onun komandası yanvar ayında istifadəyə verilən TRUMP tokenindən bu günə qədər 324,5 milyon dollar komissiya gəliri əldə ediblər.
Trampın inauqurasiyasından (22 yanvar) sonra tokenin qiyməti 44,28 dollara qədər yüksəlib. Hazırda isə bu rəqəm 14,49 dollar səviyyəsindədir.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ