İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyimizə hücum edən şəxs EDAM OLUNDU – İrandan Azərbaycana ADDIM! – bəs Fazil Mustafa işi?

2023-cü ildə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər saatlarında edam edilib.

Axar.az xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin saytı ("Mizan") məlumat yayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıblar.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-dA aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Əli Mustafadır.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR