İnsanlara hürriyət, millətlərə istiqlal!

60 dollardan aşağı qiymət neft sektoruna investisiyaları mənasız edəcək – "Qatar Energy"nin rəhbəri

Neft şirkətlərinə hasilatı və onun artımını saxlamaq üçün neftin qiymətinin 70-80 dollar olması lazımdır.

Musavat.com xəbər verir ki, bunu "Qatar Energy"nin rəhbəri, Qətərin energetika naziri Saad əl-Kaabi , Qətər İqtisadi Forumu zamanı çıxışında qeyd edib. Onun sözlərinə görə, 60 dollardan aşağı qiymətdə neft sektoruna investisiyalar azalmağa başlayacaq.

Nazir bildirib ki, hətta zaman keçdikcə bahalaşan hasilatı indiki səviyyədə saxlamaq üçün ciddi kapital qoyuluşlarına ehtiyac var. Belə ki, ABŞ öz enerji istehsal gücünü 100 GVt artırmaq niyyətindədir, “süni intellekt, ABŞ-a qaytarmaq istədikləri əlavə sənaye, enerjiyə ehtiyacı olan hər kəs üçün”. Əl-Kaabiyə görə, ənənəvi enerji mənbələrinə sərmayə qoyuluşunun olmaması enerji potensialının genişləndirilməsi planlarına zərbə vuracaq: “Ona görə də hesab edirəm ki, neftin qiyməti bir barel üçün 60 dollardan aşağı düşərsə, mütləq investisiyalarda azalma olacaq və bütün növ enerji ehtiyacları ödənilməyəcək – təkcə ABŞ-da deyil, bütün dünyada”.

Əl-Kaabi xatırladıb ki, digər məhsullar da neftin qiymətindən asılıdır - kondensat, qaz, neft-kimya məhsulları və gübrələr.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR