İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2022-də üçüncülük mübarizəsi - Xorvatiya Mərakeşə qarşı

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 3-cü yerin qalibi bəlli olacaq.

Musavat.com xəbər verir ki, Xorvatiya və Mərakeş yığmaları arasında baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 19:00-da start götürəcək. 

Qeyd edək ki, qarşılaşmanı Qətər Futbol Federasiyasından Əbdülrəhman Əl-Cassim idarə edəcək.

Yan xətt hakimləri Taleb Əl-Mari və Səud Əl-Maqali olacaqlar. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.

VAR sisteminə çilili Xuliyo Baskunyan nəzarət edəcək. Onun köməkçisi isə həmyerlisi Bruno Pires olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR