Onlayn ictimai-siyasi qəzet
Danimarka Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarından dərhal sonra adanın müdafiəsi üçün 2 it xizəyi, 2 uzaqmənzilli pilotsuz uçuş aparatı və 2 patrul gəmisinə 1,5 milyard dollar ayırıb.
Musavat.com-un məlumatına görə, bu tədbirlər Danimarkanın Şimal Qütbü bölgəsindəki strateji maraqlarını qorumaq və milli təhlükəsizliyi təmin etmək məqsədilə həyata keçirilir.
Qeyd edək ki, Qrenlandiya geosiyasi baxımdan həm təbii resurslarla zəngin, həm də strateji mövqeyi ilə diqqət mərkəzindədir. Trampın bəyanatları və ABŞ-ın ada ilə maraqlanması, Danimarkanın bölgədəki mövqeyini gücləndirmək məqsədilə əlavə tədbirlər görməsinə səbəb olub.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ