İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ukraynalı rejissor həlak oldu

Daha bir ukraynalı rejissor - Oleq Bobalo Rusiya ilə müharibə şəraitində Baxmut şəhərinin yaxınlığında gedən döyüşlərdə həlak olub.

Musavat.com UNİAN-a istinadla xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Anna Yaremçuk sosial media hesabında yazıb. O bildirib ki, həyat yoldaşının cənazəsi hələ də cəbhə bölgəsindən gətirilməyib və bu səbəbdən dəfn mərasiminin tarixi bəlli deyil.

Bobalo könüllü olaraq cəbhəyə yollanıbmış. O, Ukrayna Prezidenti Volodimir Zelenski və onun həyat yoldaşı Yelena Zelenski ilə 2002-ci ildə əsasını qoyduğu “Kvartal 95” studiyasında birgə çalışıb.

Xatırladaq ki, daha əvvəl ukraynalı fotoqraf, sənədli film rejissoru Maks Levin Kiyev yaxınlığında müharibə şəraitində iki güllə yarası alaraq həyatını itirib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR