İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir təyyarə qəzası: CƏSƏDLƏR çaydan çıxarılır - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 19 nəfər həlak olub.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, sərnişin təyyarəsinin toqquşmadan sonra düşdüyü çaydan artıq 19 cəsəd çıxarılıb.

***

“American Airlines” şirkəti Reyqan Milli Hava Limanı yaxınlığında qəzaya uğrayan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, hadisədən sonra təyyarə Potomak çayına düşüb.

“The Washington Post” qəzetinin məlumatına görə, xilasedicilər çaydan bir neçə cəsəd çıxarıb, dörd nəfəri isə sağ xilas edib.

“Reuters” agentliyi isə Vaşinqtonda təyyarə ilə toqquşan helikopterdə üç hərbçinin olduğunu bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR