Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransı zamanı maraqlı açıqlama verib.
Musavat.com xəbər verir ki, o, Azərbaycanın Avropa İttifaqına “yaşıl enerji” ixracı layihəsinə qoşulmağa hazır olduqlarını bəyan edib.
Paşinyan bildirib ki, Ermənistan Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabeli (Black Sea Energy) layihəsinə dəstək verməyə və bu prosesdə iştirak etməyə hazırdır.
Bu layihə Azərbaycanın yaşıl enerjisini Avropaya nəql etməyi nəzərdə tutur.
Bununla yanaşı, Paşinyan regionda və beynəlxalq layihələrdə inklüzivliyin vacibliyini vurğulayıb.
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ