Onlayn ictimai-siyasi qəzet
Yanvarın 29-da Parisdə Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 33-cü ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Musavat.com xəbər verir ki, tədbirdə Fransa prezident Administrasiyasının yüksəkvəzifəli rəsmiləri, Xarici İşlər və Silahlı Qüvvələr Nazirliklərinin nümayəndələri, Milli Assambleyanın deputatları, Senat üzvləri, merlər, Fransada akkreditə olunmuş səfirlər və hərbi attaşelər iştirak ediblər.
Mərasimdə həmçinin Fransanın erməni icmasına aid dini və ictimai xadimlər də yer alıb. Tədbir Ermənistanın Fransadakı səfirliyi tərəfindən təşkil edilib.
Qeyd etmək lazımdır ki, Azərbaycan ordusu tərəfindən darmadağın edilən işğalçı və qəsbkar Ermənistan ordusunun ildönümünü qeyd etməsi bir qədər gülünc görünür. Çünki bu ordunun nəinki heç bir uğura imza atmadığı, əksinə, tamamilə uğursuz və bacarıqsız bir qurum olduğu, Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində açıq şəkildə sübut olunub. Ermənistan ordusu təkcə Qarabağda yox, eyni zamanda sentyabr 2022-ci ildə sərhəd döyüşlərində və 2023-cü ilin antiterror əməliyyatında da darmadağın edilib.
Belə bir durumda nəyin ildönümünü qeyd etdikləri sual doğurur.
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ