İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neft-qaz ixracını artırıb: Sanksiyalar işləmir...

2024-cü ildə Rusiyada 516 milyon neft və kondensat hasil edilib.

Musavat.com xəbər verir ki, məlumatı Rusiya baş nazirinin müavini Aleksandr Novak “Energy Policy” jurnalının müəllif köşəsində açıqlayıb.

2023-cü ildə Rusiyada kondensatla birlikdə 530,6 milyon ton neft hasil olunduğunu nəzərə alsaq, 2024-cü ildə göstəricinin 2,75 faiz azaldığını görərik.
Hasilat azalsa da, 2024-cü ildə Rusiya neft ixracını illik ifadədə 2,43 faiz artırmaqla 240 milyona çatdırıb.

Novakın yazdığına görə, ölkəsinin qaz hasilatı ötən il 7,6 faiz artmaqla 685 milyard kubmetrə çatıb. Qaz ixracına gəlincə, maye qazda bu göstərici 4 faiz artımla 47,2 milyard kubmetrə, boru kəməri qazında isə 15,6 faiz artımla 119 milyard kubmetrə çatıb: “Qaz sənayesində əvvəlki illərin azalmasından sonra hasilatın bərpası müşahidə olunur ki, bu da daxili bazarda artan tələbat, neft-kimya sənayesinin inkişafı və ixrac qaz tədarükünün artması ilə əlaqədardır. Şərq istiqamətində qaz tədarükü artır. Ötən il dekabrın 1-dən Rusiya qazının "Sibirin gücü" qaz kəməri ilə Çinə gündəlik tədarükü vaxtından əvvəl maksimum müqavilə səviyyəsinə - ildə 38 milyard kubmetrə çatdırılıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR