Onlayn ictimai-siyasi qəzet
İsrailin iki və Tailandın beş vətəndaşı Qəzza zolağından azad edilərək İsrail Ordusuna təhvil verilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
"İsrail hökuməti yeddi azad edilmiş şəxsi səmimiyyətlə qarşılayır. Vətəndaşlarımızın siyahısı: Arbel Yehud, Qadi Mozes. Bundan əlavə, beş Tailand vətəndaşı da azad edilib", - bəyanatda qeyd olunub.
Baş nazirin dəftərxanası bildirib ki, İsrail hökuməti bütün girovların və itkin düşmüş şəxslərin qaytarılmasına sadiqdir.
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ