İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir keşiş Paşinyana QARŞI

“Ermənistan Respublikasının baş nazirinin məkrli dövlət təxribatı nəticəsində Sərdarabad memorialının qarşısında baş vermiş həyasızlıq və biabırçılıqla bağlı bugünkü şərhi ədəbsizdir, üstəlik, absurddur, yüksək vəzifəli dövlət xadiminə yaraşmaz”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Eçmiədzin kilsəsinin muzey və arxivinin direktoru, keşiş Asoqik Karapetyan yazıb.

“Qoy hamı yaxşı başa düşsün ki, adi təhlükəsizlik qüvvələrindən tutmuş dövlətin ən yüksək rəhbərlərinə qədər heç kimin bütün ermənilərin Ali Patriarxı və Katolikosunun hərəkətinə və səfərinə mane olmaq, yaxud onu dayandırmaq hüququ yoxdur. Erməni reallığında bütün yerlər və qapılar həmişə erməni patriarxının üzünə açıq olmalıdır. Bütün bunlar dövlət adamlarının və işçilərinin özləri tərəfindən qayğı və hörmətlə təmin edilməli, həyata keçirilməlidir”, - deyə keşiş qeyd edib.

Erməni mediasının məlumatına görə, bu gün baş nazir Nikol Paşinyan II Qareginin Sərdarabada gəlməsini təxribatçı hərəkət adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR