İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir Avropa ölkəsindən İrana TƏRS ŞİLLƏ - Siz necə hökumətsiniz?  

Almaniya kansleri Olaf Şolts həftəlik video müraciətində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın açıqlamalarına sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, baş nazir Şolts, “Mən  Tehran rəhbərliyinə ancaq bunudeyə bilərəm: siz necə hökumətsiniz ki, öz vətəndaşlarınıza atəş açırsınız? Bu cür hərəkət edən hər kəs bizim müqavimətimizi gözləyə bilər",-deyə bildirib.

 O bildirib ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin İran polisi tərəfindən saxlanılması və ardınca ölümü xəbərinin yayılması ilə başlayan etirazlar artıq azadlıq və ədalət uğrunda mübarizəyə çevrildi.

“Biz zorakılığa dərhal son qoyulmasını tələb edirik. Avropa Birliyinin (AB) artıq İrana qarşı müxtəlif sanksiya paketlərini qəbul etdiyini bildirən Şolts, “Aİ artıq bir neçə sanksiya paketini qəbul edib. Gələn həftə yeni sanksiyalar əlavə olunacaq. Biz İnqilab Keşikçiləri və siyasi liderlərə təzyiqləri daha da artırmaq istəyirik”,-deyə vurğulayıb.

O qeyd edib ki, Almaniyada yüz minlərlə İran əsilli insan qohumları üçün narahatdır və rejimin nümayişçilərə qarşı törətdiklərindən dəhşətə gəlir:

"Bu zorakılıq dalğasının yeganə günahkarının İran hökumətini olduğu aydındır. Biz zorakılığın dərhal dayandırılmasını və siyasi məhbusların, həbsdə olan jurnalistlərin azad edilməsini tələb edirik".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR