İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanın rəhbəri nəyə görə niqabın əleyhinədir? - Açıqlama

Dağıstanın rəhbəri Sergey Məlikov niqab taxmağın, müsəlman qadınların üzünü örtən, gözlər üçün dar yarıq olan baş örtüsünün əleyhinə danışıb.

Musavat.com Rusiya mediasında istinadla yazır ki, bu barədə o, Xalq Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.

Məlikovun fikrincə, niqab Qafqaz xalqları üçün qeyri-adi geyim formasıdır və bu, pis niyyətli şəxslərə baş örtüsünün arxasında gizlənmək, qadınlara isə qadağan olunmuş əşyaları daşımaq imkanı verir. “Terror təhlükəsi baxımından mən də bunun əleyhinəyəm”, - S.Məlikov bildirib.

Daha əvvəl politoloq Sergey Markov bildirmişdi ki, Dağıstanda terror aktı törədən yaraqlılardan birinin niqabdan istifadə etməsi hakimiyyətə üzü gizlədən geyimləri qadağan edən qalmaqallı qanunu qəbul etmək üçün “əla şans” verir.

Onu da qeyd edək ki, Mərkəzi Asiya respublikalarında da sırf terrorçu və ekstremistlərin qadınlara məxsus örtülü geyimlərdən yararlana bilməməsi üçün ictimai yerlərdə hicab, niqab, paranca kimi dini libaslardan istifadəyə görə cərimələr tətbiq edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR