Onlayn ictimai-siyasi qəzet
Dağıstan hakimiyyəti terror aktları nəticəsində həlak olan və yaralananların yaxınlarına yardım üçün 50 milyon rubl (570 min dollardan çox) ayırıb.
Musavat.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Terror aktları nəticəsində 15-dən çox polis əməkdaşı öldürülüb.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ