İnsanlara hürriyət, millətlərə istiqlal!

Culian Assanc Britaniya həbsxanasından azad edildi və Avstraliya istiqamətinə uçdu - VİDEO

“WikiLeaks”in qurucusu Culian Assanc Britaniya həbsxanasından azad edilib və Avstraliya istiqamətinə uçur.

Musavat.com xarici mediaya istinadla məlumat verir ki, o, ittihamlardan biri üzrə özünü təqsirli bilməyə razılaşıb və ABŞ hakimiyyəti bunun üçün onun ekstradisiyasını tələb etməkdən imtina edib.

Bir neçə il Ekvador səfirliyində gizlənən, sonra isə London yaxınlığındakı həbsxanada saxlanılan Assanc Amerika tarixində ən böyük məxfi sənədlərin sızdırılmasında ittiham olunurdu.

“WikiLeaks”in qurucusu Culian Assanc Böyük Britaniyadakı həbsxanadan azad edilib və vətəni Avstraliya istiqamətinə uçur.

Naşiri müşayiət edən videoda Assanc əlində kağız və qələm tutur, növbəti kadrda o, London Stansted hava limanında pilləkənlə yuxarı qalxaraq təyyarəyə daxil olur.

Həyat yoldaşı Stella Assanc ərinin azad edilməsi xəbərindən sonra əməyi keçən hər kəsə təşəkkür edib.

“Culian azaddır!!!! Sözlər sizə ən dərin minnətdarlığımızı ifadə edə bilməz - bəli, siz bunu gerçəkləşdirmək üçün illərdir fəaliyyət göstərdiniz. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm”, - o, “X” səhifəsində yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR