İnsanlara hürriyət, millətlərə istiqlal!

Cübbəli kəşfiyyatçılar- Patriarx Kirill və rus keşişlərinin DTK agentləri olduqları təsdiqləndi

 

Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill 1970-ci illərdə DTK-da çalışıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İsveçrənin “Tages-Anzeiger” qəzeti konkret sənədlərə əsaslanaraq yazıb.

Məlum olub ki, gələcək patriarx Cenevrədə olarkən Moskva Patriarxlığını Ümumdünya Kilsələr Şurasında təmsil edib. Burada onun kod adı "Mixaylov" olub və SSRİ-yə qayıtdıqdan sonra karyera nərdivanında sürətlə irəliləməyə başlayıb.

Bu gün də keçmiş KQB (yəni DTK) agentləri sözün əsl mənasında kilsəyə nüfuz edirlər. Onlardan bəziləri aşağıdakılardır:

Leninqrad və Ladoga mitropoliti Nikodim

Bu adam Patriarx Kirilin müəllimi sayılır. Kod adı "Svyatoslav"dır. 1970-ci ildə Nikodim SSRİ ilə bağlı iddi təbliğat fəaliyyəti aparıb. Bu məqsədlə o, ABŞ və Avropanın tanınmış din adamları ilə görüşlər keçirib, hətta BMT Baş katibi ilə görüşməyə nail olub.


Krutisk  və Kolomna mitropoliti Yuvenali

Bu adamın DTK-dakı kod adı "Adamant"dır. 60-cı illərdə xaricə göndərilmək üçün Sov.İKP Mərkəzi Komitəsində təsdiq prosedurundan keçib. “Adamant”, yəni hazırkı “Yuvenalni”  1969-cu ildə Bolqarıstan Pravoslav Kilsəsinin mitropolitinin Moskvaya səfəri zamanı ona “faydalı ideoloji təsir” göstərib. 2007-ci ildə Yuvenali Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinat Mərkəzində Georgi Kilsəsini qurub.

Arxiyerey Yevsevi

DTK-da onun kod adı "Tsvetkov" olub. “Adamant” kimi o, da 1965-ci ildə Qüdsə göndərilmək üçün Sov.İKP MK-da təsdiq prosedurundan keçib. Yevseviy bundan başqa  1984-cü ildə "Rus Pravoslav Kilsəsinin məxfi agentllərini idarə etmək üçün Alma-Ataya göndərilib..

Perm və Kunqur Metropoliti Mefodi

DTK-da "Pavel" kod adıma malik olub. Litva mitropoliti Xrizostom onu "DTK tərəfindən təyin olunan ateist, çirkin insan" adlandırır. Mefodiy özü sonradan  dolayısı ilə SSRİ-də hakimiyyət orqanları ilə əlaqəsini təsdiqləyib.

Yepiskop İlian

DTK-da “Sergey” kod adını daşıyan İlian 1975-ci ildə KQB agenti kimi Vatikana təhsil almağa göndərilibmiş.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR