İnsanlara hürriyət, millətlərə istiqlal!

“Crocus City Hall”la bağlı müəmma: Özü bərpa olunacaq, yoxsa...

“Crocus Group” Krasnoqorskda terror aktından sonra yanan “Crocus City Hall” konsert zalının xarici konturunu bərpa etməyi planlaşdırır. Musavat.com TASS-a istinadən xəbər verir ki, bu məlumat şirkətin mətbuat xidmətinin açıqlamasında əksini tapıb.

“Crocus City Hall”un yerləşdiyi binanın sahəsi 400 min kvadratmetrdir. Agentliyin həmsöhbəti xatırladıb ki, yaxınlıqda başqa obyektlər də var ki, onlara hər gün çoxlu adam gəlir. Məhz bu səbəbdən dağılmış tikililərin heç kimə təhlükə yaratmaması üçün perimetri qaydaya salmaq vacibdir.

Agentliyin həmsöhbətinin sözlərinə görə, terror aktı baş verən yerdə həlak olanların xatirəsinə abidənin yaradılması və ya binanın digər strukturlarının bərpası ilə bağlı hələlik yekun qərar yoxdur.

Bu gün Moskva vilayətinin qubernatoru Andrey Vorobyov yanmış “Crocus City Hall”un yerindəki konsert zalının bərpa olunmayacağı barədə açıqlama verib.
İyunun əvvəlində Moskva vilayətinin başçısı konsert zalının yerində abidəsi olan parkın yarana biləcəyini demişdi. O qeyd edib ki, bu məsələ ilə bağlı hakimiyyətin rəyi “ictimai rəylə tamamilə üst-üstə düşür” və hazırda müzakirələr gedir.

Eyni zamanda, Vorobyev vurğulayıb ki, yekun qərarı obyektin sahibi - Crocus Group-un rəhbəri Araz Ağalarov verəcək. Şirkətdən bildirilib ki, hələlik binanın müvafiq ekspertizalarının nəticələrini gözləmək lazımdır.

Martın sonunda Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib ki, “Krokus”un bərpası məsələsində prioritet Rusiya prezidenti Vladimir Putinin fikri ola bilər: "Düşünürəm ki, qərar vermək hüququna malik olan tək biz deyilik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR