İnsanlara hürriyət, millətlərə istiqlal!

Cozep Borrell Ermənistan XİN başçısı ilə Antalyada görüşüb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

"Ermənistan XİN başçısı Ararat Mirzoyanla Antalyada görüşməyimə şadam, bu tarixi və simvolik andır", Borrell qeyd edib.

Görüş zamanı tərəflər regional təhlükısizlik məsələləri müzakirə ediblər. "Mən Aİ-nin öz təcrübəsini bölüşməyə və de-eskalasiyaya kömək etməyə hazır olduğunu bir daha təkrarladım. Mən həmçinin Rusiyanın Ukraynaya müharibəsini və bunu regional təsirlərini qeyd etdim", Aİ-nin baş diplomatı bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR