İnsanlara hürriyət, millətlərə istiqlal!

COVİD-19 yenidən "dirildi"

İtaliyada bir həftə ərzində koronavirusa yoluxanların sayında 44 % artım qeydə alınıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə Nazirliyinin xüsusi bülletenində deyilir.

Belə ki, sentyabrın 7-dən 13-dək ölkədə 31 minə yaxın yoluxma halı qeydə alınıb, bundan əvvəlki həftə isə yoluxanların sayı 23 min nəfər təşkil edib.

Ümumi əhaliyə nisbətdə yoluxma nisbəti də eyni şəkildə artıb - son bir həftədə hər 100 min sakinə 52 yoluxma düşüb.

“Epidemioloji vəziyyət və ölkədə yeni tədris ilinin başlanmasını nəzərə alınaraq, peyvənd kampaniyasına xüsusi diqqət yetirilməli, profilaktika tədbirlər gücləndirilməlidir”, - bülletendə qeyd edilir.

Artan infeksiyalar fonunda Səhiyyə Nazirliyi müvafiq simptomlarla təcili yardım şöbələrinə daxil olanlar üçün yenidən COVID-19 testini məcburi edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR