İnsanlara hürriyət, millətlərə istiqlal!

COVID-19: Fransada son günlər yeni yoluxmaların sayı 20 faiz artıb

Fransada COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər ləğv edildiyi vaxtda koronavirusa yoluxma sayı yenidən artıb.

AZƏRTAC xəbər verir ki, Fransa səhiyyə naziri Olivye Veran koronavirusun yenidən geri dönməsi ilə bağlı xəbərdarlıq edib. Bildirib ki, Fransaya qonşu ölkələrdə də yeni yoluxma sayı son günlər yenidən artıb. Səhiyyə naziri son sutkadakı rəqəmlərin artıq həyəcan yaratdığını və yoluxma sayında 20 faiz artım olduğunu vurğulayıb. Ötən həftə xəstəxanalarda koronavirus xəstələrinin sayı azalmağa başlasa da, ölkədə yoluxma sayı artıb.

Səhiyyə naziri əhalini sayıq olmağa, insanların sıx olduğu məkanlarda maska taxmağa və qaydalara riayət etməyə çağırıb. Xüsusilə də, səhhəti kövrək olan insanlara diqqətli olmağı məsləhət görüb.

Fransa Səhiyyə İdarəsinin məlumatına əsasən ötən cümə günü yeni yoluxma sayı 60 225 olsa da, bu həftənin cümə günü gündəlik yoluxma 74 818-ə çatıb.

Ötən həftə xəstəxanalarda 21287 koronavirus xəstəsinin sayının bu həftə 23175-ə çatdığı bildirilib.

Peyvəndin 4-cü dozası ilə bağlı O. Veran bildirib ki, bu səhhəti kövrək olan insanlar üçün faydalı ola bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR