İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çornomorsk” limanından iki taxıldaşıyan gəmi Türkiyəyə yola düşüb

Ukraynanın Çornomorsk limanından kənd təsərrüfatı məhsulları daşıyan iki gəmi yola düşüb.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Tviter hesabında deyilir.

“Zümrüt Ana” gəmisi Venesiyaya 6,3 min ton günəbaxan yağı aparır. 25 min ton buğda daşıyan “Ocean” quru yük gəmisi isə Türkiyənin Marmara limanına doğru yola düşüb.

Ukrayna taxılının ixracına dair razılaşma Moskva və Kiyev tərəfindən BMT-nin iştirakı ilə əldə olunub. Gəmilər üç limandan – “Odessa”, “Çernomorsk” və “Yujnı”dan yola düşür. Onların hamısı İstanbulda taxıl müqaviləsi çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin nümayəndələri tərəfindən yoxlanılır. Artıq 10-a yaxın gəmi təyinat yerinə gəlib, 600 min tondan çox taxıl daşınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR