İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Bayden yaxın zamanlarda Ukraynaya F-16 təyyarələri veriləcəyini istisna edib

Hazırda Ukraynaya F-16 qırıcıları lazım deyil və bu səbəbdən yaxın zamanlarda onlar Kiyevə verilməyəcək.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bu barədə ABC telekanalına müsahibəsində bildirib.

Amerika Prezidenti müvafiq sualı cavablandırarkən əlavə edib ki, hazırda Ukraynaya tanklar, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri, o cümlədən HIMARS yaylım atəş sistemləri lazımdır.

“Biz yazda, yayda və payızın əvvəlində uğur qazanması üçün Kiyevi lazım olan hər şeylə təmin edirik”, - deyə Co Bayden vurğulayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR