İnsanlara hürriyət, millətlərə istiqlal!

CNN-dən SENSASİON iddia 

Ukrayna Rusiyada təxribat hücrələri yaradıb və ölkə daxilində hücumlar təşkil etmək üçün onlara qaçaqmalçılıq yolu ilə dronlar verir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Kanal bununla bağlı kəşfiyyat strukturlarından məlumat aldığını iddia edir.

ABŞ kəşfiyyatçılarının fikrincə, həmin hücrələr Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsində yaxşı təlim keçmiş əməliyyatçılardan təşkil olunub. CNN həmsöhbətlərinin sözlərinə görə, mayın əvvəlində məhz onlar Rusiya ərazisindən pilotsuz təyyarələr buraxaraq Kremlə hücum həyata keçiriblər.

CNN mənbələrinin bildirdiyinə görə, Ukrayna Rusiyaya qaçaqmalçılıq marşrutları yaradıb və bu marşrutlar boyunca dronları və ya onların komponentlərini sonrakı montaj üçün göndərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR