Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin iyun ayında Çinin ixracının həcmi illik müqayisədə 8,6 faiz artaraq 307,9 milyard dollara çatıb.
Musavat.com xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumata əsasən, bu, son 21 ayın ən yüksək göstəricisidir.
İyun ayında idxal 2,3 faiz azalaraq dörd ayın ən aşağı səviyyəsinə - 208,81 milyard dollara düşüb.
"Trading Economics" analitikləri orta hesabla ixracın 8 faiz, idxalın isə 2,8 faiz artacağını gözləyirdilər. Keçən ay Çinin xarici ticarət profisiti 2022-ci ilin iyul ayından bu yana ən yüksək səviyyəyə yüksələrək 99,05 milyard dollara yüksəlib. Ekspertlərin konsensus proqnozu 85 milyard dollarlıq profisit idi.
İyun ayında ABŞ ilə ticarət profisiti bir ay əvvəlki 30,81 milyard dollardan 31,78 milyard dollara yüksəlib.
İlk yarımildə Çinin ixracı 3,6 faiz artaraq 1,71 trilyon dollara, idxal 2 faiz artaraq 1,27 trilyon dollara çatıb, ticarət balansının müsbət saldosu 435 milyard dollar təşkil edib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ