Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yanvar-may aylarında Çin 200 milyon ton kömür idxal edib.
Musavat.com xəbər verir ki, bu barədə Çin Dövlət Statistika İdarəsi (SSA) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz çoxdur. Bu ilin ilk beş ayında yerli kömür hasilatı illik müqayisədə 3 faiz azalaraq 1,86 milyard tona düşüb.
May ayında Çin müəssisələri tərəfindən kömür hasilatı 380 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azdır.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ