Onlayn ictimai-siyasi qəzet
Çin şirkətləri ABŞ fantastik rüsumlarından yan keçməyin yoluna baş vurublar. Onlar Tramp tariflərindən az qala dünyanın hər yerində, elə Azərbaycanda da iş adamlarının istifadə etdiyi üsula müraciət etməklə yayına bilirlər. İxracatçılar malların dəyərini bilərəkdən aşağı salır, müvafiq olaraq xərcləri də əhəmiyyətli dərəcədə azalır.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın "Financial Times" (FT) nəşri yazır.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumlarından yan keçmək istəyən Çin şirkətləri malların maya dəyərini süni şəkildə aşağı salmağa başlayıblar.
Bu şərt satıcıdan təkcə malı təyin olunmuş yerə çatdırmağı deyil, həm də gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün xərcləri ödəməyi tələb edir. Çin şirkətləri bunun rüsumların ölçüsünü əhəmiyyətli dərəcədə azaldacağını iddia edirlər, çünki onlar göndərdikləri malların dəyərini bilərəkdən aşağı salırlar və ya təsvirlərini dəyişdirirlər.
ABŞ-ın logistika şirkəti "Flexport"un baş direktoru Ryan Petersen FT-yə deyib:
"Biz getdikcə daha çox Çindəki fabriklərin şirkətlərdən gömrük rüsumlarını ödəmələrini tələb etdiyi və sonra onlara malları ABŞ-da ödəməli olduqları qiymətdən aşağı qiymətə satdığı hallar görürük".
Çin ixracatçıları ilə əməkdaşlıq edən bir neçə Amerika şirkətinin nümayəndələri nəşrə bu təcrübənin geniş yayıldığını təsdiqləyiblər. Xüsusilə, söhbət ShipHero və Rubin's logistika şirkətlərindən gedir. Sonuncu, öz növbəsində, ABŞ Gömrük və Sərhəd Mühafizəsinə oxşar sxemlər barədə artıq məlumat verib. Çinli şirkətlər ticarət müharibəsi səbəbindən istehsalı ABŞ-a köçürməyə başlayıb.
Bu, Çin şirkətlərinin Financial Times-ın təsvir etdiyi tariflərdən yayınmağın ikinci yoludur. Qəzet daha əvvəl məlumat vermişdi ki, Çin ixracatçıları malların, məsələn, Malayziyaya göndərildiyi, orada yeni mənşə sertifikatları aldığı, daha sonra isə ABŞ-a göndərilməsi taktikasından istifadə edir. Anonim vasitəçilər tərəfindən təşviq edilən xidmətlərə Malayziya limanlarında malların yenidən qablaşdırılması, etiketlərin dəyişdirilməsi və saxta sertifikatların verilməsi daxildir.
Logistika şirkətləri FT-yə bildiriblər ki, bu cür sxemlər malların Cənub-Şərqi Asiyadan gələn məhsullar kimi ABŞ gömrüyündən keçməsinə imkan verir. ABŞ fevral ayında Çindən gələn mallara gömrük rüsumları tətbiq etməyə başlayıb və aprelin ortalarında ABŞ-ın rüsumlarının həcmi 145%-ə çatıb.
Pekin buna cavab olaraq ABŞ məhsullarına tarifləri 125%-ə qaldırdı və bəzi mineralların ixracına məhdudiyyətlər qoydu. Bundan sonra Ağ Ev Çinə 245 faiz tarifləri barədə xəbərdarlıq edib. Aprelin sonunda Tramp Çinə tətbiq edilən tariflərin "əhəmiyyətli" azaldılmasını elan edərək, tarifin sıfır olmayacağını açıqlayıb.
"The Wall Street Journal"a görə, rüsumlar 50-65%-ə endirilə bilər. Qəzet yazıb ki, Vaşinqton Pekinlə münasibətlərdəki gərginliyi azaltmaq üçün məzənnəyə düzəliş etmək qərarına gəlib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ