Onlayn ictimai-siyasi qəzet
Türkiyənin bütün bölgələrində ağcaqanad təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Musavat.com xəbər verir ki, yaz mövsümündə fəallaşan ağcaqanadların yay boyunca aktiv olacağı bildirilib.
Mütəxəssislərin sözlərinə görə, mayın 7-dən etibarən bu həşəratların ölkə ərazisində geniş şəkildə yayılması gözlənilir.
Qeyd olunur ki, fəsil keçidləri zərərvericilərin davranışına birbaşa təsir edir və onların aktivlik dövrlərini dəyişir.
Ən çox yaz və yay aylarında müşahidə olunan bu həşəratlar payızda temperaturun düşməsi ilə azalmağa başlayır, 10 dərəcə selsidən aşağı istilikdə isə tamamilə yox olurlar.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ