İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdən qaçıb Azərbaycanda gizlənən mafioz çempion ÖLDÜ

Yunan-Roma güləşi üzrə SSRİ çempionu, Kiyev mütəşəkkil cinayətkar qrupunun keçmiş rəhbəri Viktor Avdışev vəfat edib.

69 yaşlı Avdışev ürək çatışmazlığından dünyasını dəyişib. O, 1978 və 1983-cü illərdə Dünya Çempionatının bürünc mükafatçısı olub.

1989-cu ildə Kiyev mütəşəkkil cinayətkar qrupuna rəhbərlik edib. 1995-ci ildə həbs olunsa da, o, Azərbaycana qaça bilib. Həmin il məhkəmə onu qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib və beynəlxalq axtarışa verilib.   (lent.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR