İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada ilə bağlı ŞOK SSENARİ: Bu vilayət ölkədən ayrılır - 2026-cı ildə...

Kanadanın Alberta vilayətində 2026-cı ildə ölkədən ayrılmaqla bağlı referendum keçirilə bilər.

Musavat.com "gazeta.ru" ya istinadən xəbər verir ki, bu barədə vilayətin baş naziri Daniell Smit açıqlama verib.

20250429_zaf_c35_089-pic4_zoom-1.jpg (262 KB)

O bildirib ki, hazırda hökumət belə bir məsələni gündəmə gətirməyi planlaşdırmır.

Smitin sözlərinə görə, əgər vətəndaşlar kifayət qədər imza toplayaraq bu məsələni referenduma çıxarmağı tələb etsələr, o zaman 2026-cı il səsvermə bülletenlərinə Alberta vilayətinin Kanadadan ayrılması məsələsi də daxil edilə bilər. Baş nazir əlavə edib ki, özü şəxsən ayrılığı dəstəkləmir.

CBC telekanalının məlumatına görə, buna baxmayaraq, baş nazir tənqidçilər tərəfindən separatçılığı təşviq etməkdə və vilayətdə iqtisadiyyatı təhdid edən qeyri-sabitlik yaratmaqda ittiham olunur.

Amerikanın "The Hill" nəşri isə daha əvvəl yazıb ki, fransızdilli Kvebek vilayətinin Kanadadan ayrılması ABŞ prezidenti Donald Trampa ölkəni Birləşmiş Ştatlara birləşdirmək prosesini asanlaşdıra bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR