İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllim + TikTok = Yeni təhsil modeli?

Məlum olduğu kimi, TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə elan edib.

Müsabiqədə həm məktəb müəllimləri, həm də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər: bunun üçün onlar tədris etdikləri fənlə bağlı maarifləndirici videolar hazırlayıb platformada paylaşmalıdırlar.

İlk dəfə keçirilən bu müsabiqə ictimaiyyətdə müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məsələyə bu cür mövqe bildirib:

"Elm və Təhsil Nazirliyinin müəllimlərə dərslərlə bağlı videoları TikTok-da paylaşmaqla bağlı çağırışı müasir dövrün təhsil modelinə atılmış cəsarətli addımdır. Bu təşəbbüs müəllimin sinif otağından çıxaraq cəmiyyətin geniş kütlələrinə çatmasına, fənlərin qısa, anlaşılan və vizual izahlarla təqdim olunmasına şərait yaradır. Artıq bir riyaziyyat düsturu, bir tarixi hadisə və ya bir dil qaydası 60 saniyəyə milyonlara çata bilər. Bu, həm şagirdin öyrənmə motivasiyasını artırır, həm də müəllimin ictimai nüfuzunu gücləndirir.

kamran.jpg (28 KB)

Dünya artıq bu yolu gedir: ABŞ-da, İngiltərədə və Hindistanda müəllimlər TikTok vasitəsilə yüz minlərlə insana tədris materialları çatdırır, sosial şəbəkəni maarifçilik alətinə çevirirlər.

Bu təşəbbüs davamlı və peşəkar şəkildə icra olunarsa, təhsilimiz daha əlçatan, müəllimimiz isə daha görünən olacaq. Təhsili şagirdin getdiyi yerə aparmaq – XXI əsrin pedaqogikasının əsas şərtidir.

Rəqəmsal təhsilə doğru bir addım da atıldı. Dəstək verilməlidir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR