Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Oreqon ştatı sahillərində palçıqlı yerlərdə aşkar edilən "Candidatus Electrotrix Yaqonensis" adlı bakteriya növünün elektrik cərəyanını keçirə bildiyi müəyyən edilib.
Musavat.com xəbər verir ki, tədqiqatçılar Cheng Li və Oreqon Dövlət Universitetinin professoru Clare Reimers bakteriyaların nikellə zəngin keçirici lifləri sayəsində elektronları daşıya biləcəyini bildiriblər. Bakteriya hüceyrələrinin uc-uca birləşdiyi uzun filament strukturlarının elektrik cərəyanını məftil kimi keçirə bildiyi bildirilib.
Kəşf mikrobların elektrik keçiriciliyi sahəsində yeni tədqiqat imkanları təqdim edir və bakteriyaların bu xüsusiyyətinin biotexnoloji tətbiqlərdə istifadə oluna biləcəyi nəzərdə tutulur.
Bakteriyaların elektron daşıma qabiliyyəti o deməkdir ki, o, çirklənmiş çöküntülərdən zərərli maddələrin çıxarılması kimi ekoloji tətbiqlərdə istifadə edilə bilər.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ